ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Napoli”nin hücumçusu Romelu Lukaku bu yay İngiltərə Premyer Liqasına qayıtmağı düşünür.
İdman.Biz-in TEAMtalk-a istinadən məlumatına görə, hazırda bir neçə Premyer Liqa klubu ilə potensial maraqları qiymətləndirmək üçün danışıqlar aparılır.
Mənbənin məlumatına görə, 32 yaşlı hücumçu karyerasını İtaliyada davam etdirmək istəyir. Artıq “Milan” və “İnter”lə ilkin yoxlamalar aparılıb. Lakin klublar onu transfer etməkdə maraqlı olmayıblar. Buna görə də Lukaku “Çelsi”, “Mançester Yunayted”, “Everton” və “Vest Bromviç Albion”da oynadığı İngiltərəyə qayıtmaq imkanlarını araşdırmağa başlayıb.
“Napoli”nin oyunçunu 23 milyon avroya satmağa hazır olduğu bildirilir.
Xatırladaq ki, Lukaku mart ayında Belçika millisinə yollanmışdı, lakin bud zədəsi səbəbindən oyunu buraxmışdı. Daha sonra o, müstəqil şəkildə sağalmaq üçün “Napoli”nin razılığı olmadan Belçikada qalıb. Bu vəziyyət klub rəhbərliyini, xüsusən də prezident Aurelio De Laurentiis və idman direktoru Covanni Mannanı çox qəzəbləndirib və onlar cavabsız qalan ultimatum veriblər.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.