Rusiya və Fransa arasında yeni diplomatik gərginlik yaranıb. Belə ki, Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov səfirliyin yanacaq ödəniş kartlarının bloklandığını bildirib. Rus səfir 2022-ci ildən əvvəl belə bir problemin olmadığını bildirib. A.Meşkovun sözlərinə görə, məhdudiyyətlər "Belçika bankının təşəbbüsü ilə" tətbiq edilib. Bundan sonra diplomatik nümayəndəlik əməkdaşları ödənişləri Fransa bankı vasitəsilə həyata keçirməyə çalışıblar, lakin onlardan da imtina edilib.
Səfir bildirib ki, bu, son həftədə baş verən bir presedentdir, çünki əvvəllər, hətta 2022-ci ildən başlayaraq belə, bu baxımdan heç bir problem olmayıb. A.Meşkov Avropada yanacağın yüksək qiymətini nəzərə alaraq bloklanmış kartları "ciddi zərbə" adlandırıb. Rusiya mediası isə artıq məsələyə ciddi reaksiya verib. Rusiya mediası rəsmi parisin bu addımını açıq təxribat adlandırıb.
Mətləb