İranın hava hücumları Yaxın Şərqin 8 ölkəsində yerləşən ən azı 16 ABŞ hərbi obyektinə zərər vurub.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, sözügedən obyektlər ABŞ-ın Yaxın Şərqdəki əsas hərbi mövqelərinin mühüm hissəsini təşkil edir.
Telekanal bildirir ki, “onlardan bəziləri hazırda faktiki olaraq istifadəyə yararsız vəziyyətdədir”.