RU

Qocalmağın qarşısını alan içki

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Diyetoloq Vel Uorner hüceyrələrin qocalmasına və xroniki xəstəliklərə səbəb olan oksidləşdirici streslə mübarizə aparan ən effektiv içkini açıqlayıb. "Eating Well" nəşrinə danışan ekspertin fikrincə, matça çayı bu sahədə əvəzsizdir.Demokrat.az xəbər verir ki, bu içki antioksidantlarla zəngindir. Onun tərkibindəki rutin, kversetin və xlorofill kimi maddələrin miqdarı adi yaşıl çaydan dəfələrlə çoxdur. Uorner qeyd edir ki, matça həm də bağırsaqdakı faydalı mikrobları bəsləyən prebiotik komponentlərlə zəngindir. Bu isə həzm sistemini və immuniteti gücləndirir.İçkinin digər üstünlüyü kofein və L-teanin amin turşusunun birlikdə fəaliyyət göstərməsidir. L-teanin kofeinin yaratdığı əsəbiliyi aradan qaldırır, insana sakitlik bəxş edir və enerji konsentrasiyasını artırır. Bu xüsusiyyət zehni aydınlığı qorumağa və diqqəti cəmləməyə kömək edir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
80
demokrat.az

1Источники