UFC çempionu Həmzət Çimayev boksa keçmək ideyası ilə bağlı açıqlama verib.
Çimayev mayın 10-da Nyu-Cersidə keçiriləcək UFC 328 turnirində çempionluq kəmərini Şon Striklendə qarşı döyüşdə müdafiə edəcək.
Publika.az xəbər verir ki, “MMA Junkie” Çimayevdən sitat gətirib:
“Mən boksa getməyəcəyəm, həmişə UFC döyüşçüsü olacağam. Baxmayaraq ki, mənə “Zuffa Boxing”də döyüşmək və Konor Makqreqorla qarşılaşmaq təklifi versələr … Bu, gülməli olardı. Niyə də yox?