RU

ABŞ Yaxın Şərqdəki müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib

Dövlət Departamenti ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinə 8,6 milyard dollardan çox dəyərində silah satışını təsdiqləyib.

 

Pravda.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin internet saytında dərc edilən açıqlamada bildirilir.

 

Belə ki, ABŞ İsrailə 992,4 milyon dollara “APKWS” lazer istiqamətləndirmə dəstləri və avadanlıqlarla təchiz olunmuş 10.000 raketin satışını təsdiqləyib.

 

Oxşar müqavilə Qətərlə də təsdiqlənib və Qətərə ümumilikdə 4,01 milyard dollara “Patriot” raketləri satmaq səlahiyyəti verilib.

 

Dövlət Departamenti həmçinin Qətərə İnteqrasiya olunmuş Döyüş Komandanlığı Sistemi (IBCS) hava və raketdən müdafiə döyüş idarəetmə sistemləri və əlaqəli logistika satmaq üçün 2,5 milyard dollarlıq müqaviləni təsdiqləyib.

 

Bundan əlavə, BƏƏ-yə 147,6 milyon dollara 1500 “APKWS” dəsti satmaq üçün müqavilə təsdiqlənib.

 

APA

Tarix: 2 May 2026, 07:57   
Избранный
2
6
pravda.az

9Источники