RU

“Fox”: Papa keçmiş qanunsuz immiqrantı ABŞ yeparxiyasına rəhbər təyin edib

Bakı, 2 may, AZƏRTAC

Roma Papası XIV Leo əvvəllər ABŞ-a qanunsuz daxil olmuş miqrantı Qərbi Virciniya ştatını əhatə edən Uilinq-Çarlston yeparxiyasına rəhbər təyin edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, Evelio Menjivar-Ayala yeniyetməlik illərində Salvadordan ABŞ-yə bir neçə dəfə daxil olmağa cəhd edib, lakin hər dəfə saxlanılıb. Bildirilir ki, o, sonda avtomobilin baqajında gizlənərək ölkəyə qanunsuz daxil ola bilib.

Qeyd edilib ki, yeni təyinatından əvvəl o, ABŞ administrasiyasının immiqrasiya siyasətini tənqid edib və bu məsələləri insan hüquqları kontekstində qiymətləndirib.

Xatırladaq ki, Papa XIV Leo daha əvvəl ABŞ administrasiyasının Yaxın Şərqdəki siyasəti ilə bağlı tənqidi kimi qiymətləndirilən müharibə əleyhinə çıxışlar edib.

Избранный
44
3
azertag.az

4Источники