Balakəndə baş verən qəzada sürücülərdən biri həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi “Mercedes” və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Nəticədə Mercedesin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта