RU

Rusiyanı xilas edən Züleyxanın qızı-vəzifədən gedir, yoxsa...

Dövlət Dumasının bəzi deputatları Mərkəzi Bank sədri Elvira Nabiullinin vaxtından əvvəl istefası ilə bağlı təşəbbüsləri keçməyib, amma...

Rusiyada maliyyə idarəçiliyinin əsas fiqurlarından biri olan Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın vəzifədə gedəcəyi haqda iddialar arttıb. Musavat.com xəbər verir ki, “Reuters” Nabiullinanın vəzifədən mümkün gedişi ilə bağlı yazıb. Bildirilir ki, əgər fövqəladə hadisə baş verməsə, Nabiullinanın səlahiyyət müddəti gələn il başa çatır. Məlumata görə, onunla birlikdə Mərkəzi Bankın aparıcı kadrlarının da böyük hissəsi sistemdən gedə bilər. Bu isə alternativ peşəkar komandanın olmaması şəraitində ciddi problem yaradacaq. Digər tərəfdən, xarici iqtisadi faktorlar da vəziyyəti daha həssas edir.

ПредседательNeft qiymətlərinin tezliklə enməsi ehtimalı, büdcə gəlirlərinin azalması və davam edən sanksiyalar fonunda Kreml üçün əsas prioritet sabitliyi qorumaqdır. Bütün bu amillər fonunda Nabiullinanın vəzifədə saxlanılması hazırkı mərhələdə ən rasional qərar kimi görünür. Lakin bu, eyni zamanda daha böyük bir sualı gündəmə gətirir: Rusiyada iqtisadi idarəetmə sistemi fərdi liderlərdən asılılıqdan nə dərəcədə qurtula biləcək?

Məlumatda bildirilir ki, son dövrlər Dövlət Dumasında və iri biznes dairələrində Mərkəzi Bankın siyasətinə yönələn tənqidlərə baxmayaraq, Nabiullina yalnız ciddi siyasi səhvlərə yol verəcəyi təqdirdə daha erkən vəzifəsini itirə bilər.

Son aylarda ən çox müzakirə olunan məsələlərdən biri Mərkəzi Bankın faiz siyasətidir. abiullinanın rəhbərlik etdiyi Mərkəzi Bank fərqli mövqe sərgiləyir. Quruma görə, sərt monetar siyasət hazırkı şəraitdə zəruridir. İnflyasiyanın cilovlanması, rublun sabit saxlanılması və sanksiyalar fonunda maliyyə sisteminin qorunması üçün yüksək faiz dərəcələri əsas alətlərdən biri hesab olunur. Bu yanaşma qısamüddətli iqtisadi artımdan daha çox makroiqtisadi sabitliyə üstünlük verildiyini göstərir.

Bununla yanaşı, daxili siyasi müstəvidə də müəyyən təzyiqlər müşahidə olunur. Dövlət Dumasında bəzi deputatlar Mərkəzi Bankın səlahiyyətlərinin məhdudlaşdırılması və sədrin vaxtından əvvəl istefası mexanizmlərinin genişləndirilməsi ilə bağlı təşəbbüslər irəli sürüblər. Lakin bu təkliflər hökumət tərəfindən rədd edilib. Əksinə, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Mərkəzi Bankın fəaliyyətini “peşəkar və məsuliyyətli” kimi qiymətləndirərək Nabiullinaya açıq dəstək verib. Bu isə onun mövqeyinin hələlik kifayət qədər güclü olduğunu göstərir.
Beləliklə, qısa müddətdə sabitlik qorunsa da, uzunmüddətli perspektivdə əsas problem dəyişməz qalır — Nabiullinadan sonra bu sistemi kim və hansı resurslarla davam etdirəcək?

Picture
Elvira Sakipzadovna Nabiullina 29 oktyabr 1963-cü ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində tatar ailəsində anadan olub. Mərkəzi Bankın gələcək rəhbərinin  atası avtobazada sürücü, anası Züleyxa isə  zavodda  operator işləyib.  İddialara görə, məktəbi qızıl medalla qurtarmaq istəyir, tatarlara verilən kvotalara görə(onlara az medal verirmişlər) alınmayıb.  

 Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elvira aspiranturaya daxil olub və kafedranın müəllimi, iki uşaq atası Kuzminovla ailə həyatı qurub. Nabiullina rus liberallarının gələcək  “yol göstərən ulduzu”  Yevgeni Yasinin aspirantı olmaqla parlaq gələcəyini təmin edib. Yasinlə yaxın münasibət (o cümlədən, ona çox yaxın olan əri vasitəsilə) ona 1991-ci ildə SSRİ Elmi-Sənaye  İnsitutunun işçisi olub. 1994-cü ildə Yasin onu özünün yaratdığı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ekspert İnstitutuna apardı, oradan Elvira  Yasinin nazir təyin edildiyi Rusiya  İqtisadiyyat Nazirliyinə keçdi. 1997-ci ildə nazir müavini oldu, lakin bir il sonrakı defoltdan sonra dövlət qulluğundan qovuldu. 
Elviranın “ulduzu” nun parlaması  1999-cu ilin sonlarına təsadüf edir. Bəzi mənbələrə görə, o, himayədarı Yasinin təklifi ilə German Qrefin yaratdığı Strateji Araşdırmalar Mərkəzində onun müavini olub. German Qref  iqtisadi inkişaf və ticarət naziri təyin olunanda  Nabiullina onun  birinci müavini təyin edildi. 2007-ci ildə German Qref  “Sberbank” a rəhbər gələndə onun yerinə keçdi. 2012-ci ilin may ayında Vladimir Putin onu  köməkçisi təyin etdi. 2013-cü ilin yazında isə Rusiya Mərkəzi Bankına rəhbərlik edir...

Musavat.com

Избранный
3
1
musavat.com

10Источники