RU

Macarıstan səfiri: Azərbaycan davamlı sülhün əldə olunması üçün mühüm səylər göstərir

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Azərbaycanın regionda həyata keçirdiyi yenidənqurma işlərini və sülh təşəbbüslərini yüksək qiymətləndirirəm".

Bunu APA-nın Qarabağa ezam olunmuş əməkdaşına Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

O bildirib ki, Qarabağa və digər azad edilmiş ərazilərə dəfələrlə səfər edib və bölgədə aparılan işlərin miqyasını yaxından müşahidə edib.

“Azad edilmiş ərazilərə 10 dəfədən çox gəlmişəm. Burada olduğum müddətdə azad edilmiş ərazilərin bərpasına və inkişafına göstərilən səyləri görürəm”, - səfir vurğulayıb.

Tamaş Torma həmçinin Azərbaycanın regionda sabitliyin təmin olunması və davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addımlar atdığını qeyd edib: “Azərbaycan regionun sabitləşdirilməsi və bölgədə davamlı sülhün əldə olunması üçün çox mühüm səylər göstərir. Bu addımlar yüksək qiymətləndirilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
apa.az

2Источники