RU

Rusiya qüvvələri Xarkov və Donetsk vilayətlərində irəliləyir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

"Rusiya işğalçı qüvvələri Xarkov və Donetsk vilayətləri istiqamətlərində irəliləyiş əldə edir".

Bizimyol.info xəbər verir ki, bu barədə "DeepState" analitik layihəsi məlumat yayıb.

Məlumata görə, ruslar Sinikivka (Xarkov vilayəti), Privolye və Andreyevka-Klevtsovo (Donetsk vilayəti) yaxınlığında mövqelərini genişləndirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutkada 114 döyüş toqquşmasının baş verdiyini açıqlayıb. Ən gərgin istiqamətlərdən biri Kupyansk olaraq qalır, burada Rusiya qüvvələri ardıcıl hücumlarını davam etdirir.

Ukrayna tərəfi bildirir ki, hücumların böyük hissəsi dəf edilir və cəbhənin müxtəlif istiqamətlərində müdafiə mövqeləri qorunur.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
icma.az

1Источники