Bu gün Misli Premyer Liqasında 30-cu tur start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk oyunda “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Yevlaxda keçiriləcək oyunu Əli Əliyev idarə edəcək.
Günün digər oyununda “Araz-Naxçıvan” və “İmişli” komandaları üz-üzə gələcəklər. Sumqayıtda baş tutacaq görüşün baş hakimi Vüqar Həsənli olacaq.
Bu turun “Şamaxı” – “Sabah” və “Zirə” – “Qəbələ” oyunları mayın 3-də, “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan-Yevlax” – “Neftçi” matçı isə ayın 5-də keçiriləcək.
Misli Premyer Liqası
30-cu tur
2 may
“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
Yevlax şəhər stadionu, 16:00
“Araz-Naxçıvan” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev
“SOCAR Polymer Arena”, 18:30.