RU

“Messi ilə heç vaxt problemim olmayıb”

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Paris klubunda işləyən zaman Lionel Messi ilə probleminin olmadığını bildirib:

“PSJ kimi klubda verdiyiniz hər qərar müzakirə olunur. Yadımdadır, bir dəfə Messini oyunun gedişində əvəzləmişdim. Çünki həkimlər onun dizində problem olduğunu və çox oynamağın risk yaradacağını demişdi. Lakin matçdan sonra dedilər ki, “Qvardiola olsa, Messini əvəzləməzdi”. Ancaq situasiyanı tam başa düşmürdülər. Messi ilə heç vaxt problemim olmayıb”.

Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
futbolpress.az

1Источники