RU

"Öz başınızın çarəsinə baxın"-ABŞ-dan Litva, Estoniya və digər müttəfiqlərə şok ismarış

Birləşmiş Ştatlar özünün strateji müttəfiqlərinə, o cümlədən Böyük Britaniya, Polşa, Litva və Estoniyaya silah tədarükündə ciddi gecikmələrin ola biləcəyi barədə rəsmi xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, "Financial Times" qəzetinin yaydığı məlumata görə, bu narahatlığın əsas səbəbi ABŞ-ın hərbi arsenallarının sürətlə tükənməsidir.

Məqalədə qeyd olunur ki, İrana qarşı aparılan genişmiqyaslı hərbi əməliyyatlar Amerikanın hərbi resurslarını o dərəcədə iflic edib ki, Pentaqon artıq digər regionlardakı silah və sursatları bu zonaya daşımaq məcburiyyətində qalıb. Xüsusilə NATO-nun şərq cinahında yerləşən ölkələr üçün nəzərdə tutulan hava hücumundan müdafiə sistemləri və raket tədarükünün qeyri-müəyyən müddətə təxirə salınması Avropada böyük təşvişə səbəb olub.

ABŞ rəsmiləri etiraf edirlər ki, eyni vaxtda bir neçə gərginlik ocağında iştirak etmək və müttəfiqləri təchiz etmək hərbi sənaye kompleksi üçün ağır yükə çevrilib. Polşa və Baltikyanı ölkələr bu gecikmələrin onların milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirsələr də, Vaşinqton hazırda prioritetin İran cəbhəsi olduğunu vurğulayır. Ekspertlər hesab edirlər ki, bu vəziyyət Avropa ölkələrini öz hərbi istehsalatlarını sürətləndirməyə və ABŞ-dan asılılığı azaltmağa sövq edəcək. Hazırda Pentaqonun arsenallarını bərpa etmək üçün milyardlarla dollarlıq yeni sifarişlər verdiyi, lakin istehsal prosesinin illərlə vaxt aparacağı bildirilir. Bu kritik kəsir yaxın gələcəkdə qlobal güclər nisbətinə ciddi təsir göstərə bilər./Musavat.com/

Избранный
6
3
turkustan.az

4Источники