RU

Atışma səsləri, alovların içindən keçdik Ölümlə üz üzə qaldılar

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Müğənni bacılar Sevil və Sevinc Səfərovalar paylaşımı ilə diqqət çəkiblər.

Axşam.az xəbər verir ki, Rusiyada olan bacılar ölümlə üz-üzə gəldiklərini bildiriblər. Onlar qeyd ediblər ki, müharibənin tam ortasında qalıblar:

"Çox şükür... Bu gün sağ-salamat evimizə dönə bildik. O atışmaların səsi hələ də qulaqlarımdadır. Alovların içindən keçdiyimiz o anlar gözümün önündən getmir. Hər saniyə sanki son anımız kimi idi. Oradan sağ çıxmaq artıq şans deyil, bu, Allahın bizə verdiyi ikinci həyatdır.

Kimsə deməsin ki, müğənnilərin işi asandır. Səhnədə gülən üzlərin arxasında bəzən ölüm qorxusu, göz yaşı və heç kimin bilmədiyi ağır anlar gizlənir".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
11
axsam.az

10Источники