RU

Əmək müqaviləsi tərtib olunarkən mütləq şərtlər hansılardır?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İşəgötürən işçi ilə əmək müqaviləsi bağlayarkən öz imkanı hesabına işçiyə qanunvericilikdə, kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən əlavə şərtlər də müəyyən edə bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məsələn, müqavilədə işçiyə əlavə əməkhaqqı, habelə əlavə məzuniyyət verilməsi əksini tapa bilər.Yaxud işçi üçün qısaldılmış və ya natamam iş vaxtı müəyyən edə bilər. Bütün bunlar əmək şəraitinin əlavə şərtləridir və qanunvericiliklə məhdudlaşdırılmır.

Eyni zamanda işəgötürən tərəfindən işçi üçün əlavə fərdi sığorta məbləğinin, sosial yardımların və  s. müəyyən edilməsi də qeyd edilən əlavə şərtlərə daxildir.

Bu əlavə şərtlərin dairəsini, nə qədər müddətə qüvvədə olmasını, istifadə qaydalarını, dəyişdirilməsini də işəgötürən və işçi özləri müəyyən edir.

Məsafədən (distant) iş formasında yerinə yetirilən işlərlə bağlı olaraq da əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və əmək müqaviləsində əksini tapır.

Gülər 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
1
cebheinfo.az

2Источники