RU

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev mübarizəyə başlayır

Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə start verəcək.

"Cebheinfo.az" xəbər verir ki, Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaq.

26 yaşlı idmançı 1/8 final mərhələsində Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.

"Cebheinfo.az"

Избранный
3
16
cebheinfo.az

3Источники