RU

Braziliya millisinin sabiq forvardı klubundan ayrılır - dəqiqləşdi

Braziliya millisinin sabiq hücumçusu Hulk "Atletiko Mineyro"dan ayrılacaq.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2026-cı ilin sonuna qədər olan müqaviləni ləğv etmək barədə razılığa gəldiyi bildirilir.

39 yaşlı forvard 2021-ci ildən "Atletiko Mineyro"da oynayırdı. Klubla birlikdə Braziliya çempionluğunu, Braziliya kubokunu və Braziliya Super Kubokunu qazanıb. 

Ümumilikdə o, bu komandada 309 oyun keçirib, 140 qol vurub və 56 məhsuldar ötürmə edib.

Onun karyerasına hansı komandada davam edəcəyi dəqiq deyil. Millinin keçmiş forvardına Türkiyə, Səudiyyə Ərəbistanı və Braziliya klubları təklif göndərib.

Tam adı Givanildo Vieyra de Souza olan forvrad "Vitoriya", "Kavasaki Frontale", "Konsadole Sapporo", "Tokyo Verdi", "Porto", "Zenit", "Şanxay Port" kimi klublarda oynayıb.

 

saytlarin hazirlanmasi

Избранный
12
1
sportal.az

2Источники