RU

Rus turistlər çarəsiz vəziyyətdədir: Seçim üçün ölkə azalır…

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Yaxın Şərqdəki böhran səbəbindən 2026-cı ildə xaricə səyahət edən rus turistlərinin sayında azalma proqnozlaşdırılır.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya tur operatoru FUN&SUN-un analitikləri 2030-cu ilə qədər beynəlxalq turizm bazarının trayektoriyası ilə bağlı proqnozlarını bölüşüblər.

Bu proqnozlara görə, 2026-cı ildə Yaxın Şərqdəki böhran səbəbindən rusların beynəlxalq səyahətlərində müvəqqəti azalma gözlənilir və ümumi həcmdə 7 faiz azalma olacaq.

Şirkətin "2026-cı ili yenidən başlat" konfransında çıxış edən marketinq və elektron ticarət direktoru Yekaterina Voronina sektorun 2025-ci ildən etibarən struktur transformasiya prosesinə girdiyini, lakin 2027-ci ildən etibarən bərpa prosesinin başlayacağını bildirib.

Məlumatlara görə, beynəlxalq turizm 2025-ci ildə gözləntilərdən yüksək nəticə göstərərək 13,4 milyon səfərə çatıb.

Lakin bu rəqəmin 2026-cı ildə 12,5 milyona düşəcəyi proqnozlaşdırılır. 2027-ci ildən sonra bazarın yenidən böyümə trendinə girəcəyi və orta hesabla illik 3,5 faiz artım qeydə alacağı gözlənilir.

Bu artımın əsas hərəkətverici qüvvəsinin bazara yeni aviaşirkətlərin daxil olması və yeni istiqamətlərə birbaşa uçuşların başlaması olduğu deyilir.

2025-ci ilin məlumatları da istiqamət seçimlərində əhəmiyyətli dəyişikliklər olduğunu göstərir. Türkiyə lider mövqeyini qoruyub saxlasa da, ümumi bazardakı payı 43 faizdən 35 faizə düşüb və ziyarətçilərin ümumi sayı 6 faiz azalıb. Bunun əksinə olaraq, alternativ istiqamətlərdə güclü artımlar müşahidə olunub.

Vyetnama tələbat təxminən doqquz dəfə artıb, Misir 46 faiz, Çin 43 faiz və Abxaziya 76 faiz artıb. Bundan əlavə daha az tanınan istiqamətlərin payı 8 faiz artıb.Yaxın Şərqdəki böhrandan sonra turist davranışında da dəyişikliklər müşahidə olunub. 

Minlərlə iştirakçı ilə aparılan sorğuya görə, turistlərin 24 faizi Körfəz ölkələrinə səyahətdən tamamilə imtina etməyi düşünür, hər üç turistdən biri isə alternativ istiqamətlərə üz tutub. İştirakçıların 25 %-i hələ qərarsızdır.

Digər tərəfdən, daxili turizm bazarının böyüməyə davam etdiyi bildirilib. Buna uyğun olaraq, daxili turizm ildə orta hesabla 8,5 % artır, mütəşəkkil tur seqmentində isə artım 4 % olaraq qalır.

Dövlətin turizm infrastrukturu üçün 462 milyard rublluq investisiya planı çərçivəsində məqsəd yeni dörd mövsümlük açıq çimərlik yerlərinin istifadəyə verilməsidir. Daxili turizm həcminin 2030-cu ilə qədər 140 milyon səfərə çatacağı gözlənilir.

Analitiklər turizm agentliklərinə satış coğrafiyasını genişləndirməyi və alternativ məhsullara diqqət yetirməyi məsləhət görürlər.

Bu kontekstdə qastronomiya, tədbir turizmi və sağlamlıq turizmi kimi sahələrin xüsusilə fərqlənəcəyi bildirilir.

Nigar

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
1
cebheinfo.az

2Источники