Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Əkiz bacılar Sevil və Sevinc Səfərovalar sosial şəbəkə hesablarında paylaşım edərək çətin və gərgin anlar yaşadıqlarını bildiriblər.
"Yeni Sabah" xəbər verir ki, ifaçılar qeyd ediblər ki, iştirak etdikləri xaricdəki məclisdən atışma səsləri altında Vətənı geri dönüblər:
“Çox şükür, bu gün sağ-salamat evimizə dönə bildik. O atışmaların səsi hələ də qulaqlarımızdadır, alovların içindən keçdiyimiz anlar gözümüzün önündən getmir. Hər saniyə sanki son anımız idi. Oradan sağ çıxmaq artıq şans deyil, Allahın bizə verdiyi ikinci həyatdır,” - deyə bacılar vurğulayıblar.
Müğənnilər həmçinin sənətçilərin həyatının kənardan göründüyü kimi asan olmadığını qeyd ediblər:
"Kimsə deməsin ki, müğənnilərin işi asandır! Səhnədə gülən üzlərin arxasında bəzən ölüm qorxusu, göz yaşı və heç kimin bilmədiyi ağır anlar gizlənir…"
Əsmətxanım Rzazadə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.