Rusiya–Ukrayna müharibəsində əslən Azərbaycandan olan daha bir hərbçi həlak olub.
Adalet.az xəbər verir ki, bu haqda hərbi ekspert Tofiq Şahmuradov məlumat verib.
O, bildirib ki, 1996-ci ildə Bakıda anadan olmuş Sərxan Arzu oğlu Məmmədov Ukraynada döyüşlər zamanı həyatını itirib. Rusiya Silahlı Qüvvələrinin 1441-ci motoatıcı alayın baş leytenantı olan Sarxan Məmmədov Ukraynanın Zaporojye vilayətindəki Malaya Tokmaçka kəndi uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olub.
Vasif ƏLİHÜSEYN