RU

Robert Levandovskinin növbəti klubu İtaliyada ola bilər

Hücumçu Robert Levandovski karyerasını "Yuventus"da davam etdirə bilər.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Tuttosport" nəşri məlumat verib.

Bildirilir ki, 37 yaşlı polşalı futbolçu komanda gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanarsa, "Yuventus"a keçməyi düşünməyə hazırdır. Kataloniya klubundan gedəcəyi halda "Yuventus" hücumçu üçün prioritet variant hesab edilir.

Levandovskinin "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Katalon klubu oyunçuya məvacibinin əhəmiyyətli dərəcədə azaldılması ilə yeni müqavilə təklif edib, lakin bu variant oyunçunu təmin etməyib.

Hücumçunun agenti Pini Zahavinin artıq "Yuventus" nümayəndələri ilə görüşdüyü bildirilir. Tərəflərin təxminən 6 milyon avro maaş və bonuslarla bir illik müqavilə barədə razılığa gəldikləri iddia edilir.

Избранный
27
moderator.az

1Источники