RU

"Trampın siyasəti Avropa ilə uçurumu dərinləşdirir: diqqət Yaxın Şərqə yönəlir" - "Reuters"

"ABŞ-ın sərt ritorikası və milyardlıq silah satışları fonunda Avropa ilə münasibətlər gərginləşir, Ukrayna isə arxa plana keçir..."

ABŞ prezidenti Donald Trampın son çıxışları və qərarları Vaşinqtonla Avropa arasında münasibətləri daha da gərginləşdirib.

Moderator.az xəbər ki, bu barədə "Reuters" nəşri yazıb.

Müttəfiqlərlə gərginlik artır

Tramp Almaniya rəhbərliyini sərt tənqid edərək onu səmərəsiz adlandırıb, eyni zamanda ölkədəki ABŞ hərbi kontingentinin azaldılacağını və Avropa avtomobillərinə rüsumların artırılacağını bildirib.

Böyük Britaniyanın baş naziri də tənqidlərdən yan keçməyib - Tramp onun Uinston Çörçill olmadığını deyib və yeni iqtisadi məhdudiyyətlərlə hədələyib. NATO daxilində isə ABŞ-ın İranla bağlı əməliyyatlara qoşulmayan müttəfiqlərə qarşı təzyiq imkanlarını müzakirə etməsi Avropada ciddi narahatlıq yaradıb.

Avropa sərtləşir, ABŞ Yaxın Şərqə yönəlir

Bu təzyiqlər fonunda Avropa ölkələri daha müstəqil və sərt mövqe tutmağa başlayır. Artıq bir çox siyasətçi açıq şəkildə ABŞ qərarlarını tənqid edir və qitənin öz müdafiə imkanlarını gücləndirməsinin vacibliyini vurğulayır.

Eyni zamanda Vaşinqton diqqətini Yaxın Şərq regionuna yönəldərək İsrail, Qətər, Küveyt və BƏƏ kimi tərəfdaşlara 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib. Bu addım ABŞ-ın prioritetlərinin dəyişdiyini açıq göstərir. Bununla paralel olaraq Avropa ölkələrinə silah tədarükündə gecikmələr barədə xəbərdarlıq edilib. Səbəb kimi İranla münaqişə fonunda ehtiyatların azalması göstərilir.

Ukrayna arxa plana keçir

Baş verənlərin fonunda Ukrayna məsələsi getdikcə diqqətdən kənarda qalır. ABŞ-ın 2027-ci il büdcəsində Ukraynaya hərbi yardımın nəzərdə tutulmaması bu tendensiyanı daha da gücləndirir.

Beləliklə, Donald Tramp administrasiyasının siyasəti eyni anda bir neçə nəticə doğurur: Avropa ilə münasibətlərdə çatlar dərinləşir, ABŞ Yaxın Şərqə fokuslanır və Ukrayna Qərb gündəmində əvvəlki əhəmiyyətini itirməyə başlayır.

Избранный
60
1
moderator.az

2Источники