RU

Elvin Cəfərquliyevlə bağlı yayılan bütün xəbərlər yalandı!

Qurban Qurbanovun gözündən düşən Elvin Cəfərquliyevin taleyi ilə bağlı az qala hər gün bir xəbər yayılır. Onun adı Yunanıstan klublarından “Panatinaikos”, yerli klublardan isə “Neftçi” və “Sabah” ətrafında hallanır. Reallıq isə budu ki, 2025-ci ilin ən yaxşı futbolçusu hazırda “Qarabağ”ın əvəzediciləri ilə məşq edir və bu komandanı çalışdıran Maksim Medvedevin onu dünən – “Zirə” ilə oyunda meydana buraxdı.

Cəfərquliyevin guya Qurban bəylə danışmaq, bir növ “tövbə etmək” niyyətində olmasıyla bağlı xəbər də yalandı. Bu məlumatı bizə futbolçunun meneceri Tural Əsgərov açıqladı. Əvəzedici heyətə “sürgün olunan” Elvinin maaşında azalma da nəzərdə tutulmayıb. O, maaşını tam həcmdə alır. Yəni müqavilədə futbolçu əvəzedici heyətə göndəriləcəyi təqdirə maaşının azalmasının mümkünlüyü ilə bağlı hansısa bənd yoxdu.

Ümumiyyətlə, yaxın günlərdə Elvinin durumu ilə bağlı kəskin dəyişiklik olacağı gözlənilmir. Yox, qitə və ya ölkə klublarından hansısa adı çəkilən müdafiəçi üçün ortaya milyonlar qoyarsa... Bu artıq başqa məsələ olacaq.

ORXAN

Избранный
19
1
football-plus.az

2Источники