“Azrabitə Layihə” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb Quliyev Zakir Arif oğlunun rəhbəri olduğu “Azrabitə Layihə” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu yaranmasıdır.
İdarə tərəfindən borcun ödənilməsi üçün məhkəməyə müraciət edilib.
Məhkəmə 1953-cü il təvəllüdlü Zakir Quliyevin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта



