RU

Böyük Britaniyada antisemit hücumlar fonunda Fələstini dəstəkləyən yürüşlərə məhdudiyyət qoyulur

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyada son vaxtlar artan antisemit hücumlar fonunda Fələstini dəstəkləyən yürüşlərin müvəqqəti qadağan olunması məsələsi müzakirəyə çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Baş nazir Keir Starmer BBC-yə müsahibəsində bildirib ki, hökumət bəzi aksiyalara məhdudiyyət tətbiq etmək üçün əlavə səlahiyyətlərin zəruriliyini araşdırır və müəyyən hallarda belə qadağalar üçün “əsaslar mövcuddur”.

Onun sözlərinə görə, etirazların təkcə ayrı-ayrı deyil, ümumi və yığılan təsiri də nəzərə alınmalıdır. Starmer qeyd edib ki, yəhudi icmasının nümayəndələri yürüşlərin təkrarlanan xarakter daşımasından narahatlıqlarını ifadə ediblər və bu narahatlıq nəzərə alınmalıdır. Baş nazir həmçinin aksiyalar zamanı “etirazların qloballaşdırılması” kimi şüarların səsləndirilməsini qəbuledilməz sayaraq, bu cür çağırışlara görə şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu vurğulayıb.

Bununla yanaşı, o əlavə edib ki, vətəndaşların Yaxın Şərqdə, xüsusilə Qəzza zolağında baş verən hadisələrə görə narahatlıq keçirməsi tamamilə anlaşılandır və bu hüquq qorunmalıdır.

Daha əvvəl Böyük Britaniyanın baş ravvini Efraim Mirvis də Londonun şimalında baş vermiş terror hadisəsindən sonra Fələstini dəstəkləyən yürüşlərin müvəqqəti dayandırılmasını təklif edib.

Mühafizəkarlar Partiyası hökuməti daha sərt addımlar atmağa çağırsa da, “yaşıllar” və sol yönümlü siyasi qüvvələr bu cür addımların vətəndaş azadlıqlarını məhdudlaşdıra biləcəyini bildiriblər.

Aprelin 29-da Londonun Qolders-Qrin rayonunda bıçaqlı hücum nəticəsində iki nəfər yaralanıb. Hücum terror aktı kimi qiymətləndirilib. Bundan sonra ölkədə terror təhlükəsi səviyyəsi “ciddi” dərəcəyə yüksəldilib və yaxın aylarda yeni hücumların baş vermə ehtimalının yüksək olduğu bildirilib.

Fevraldan bəri Londonda yəhudi təşkilatlarına qarşı bir neçə hücum, o cümlədən yandırma və təxribat cəhdləri qeydə alınıb. Bu hadisələr təhlükəsizlik və ictimai sabitliklə bağlı narahatlıqları daha da artırıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
icma.az

1Источники