RU

Xuan Alvares Qarabağa ilk səfəri barədə: Regionun bərpa tempini öz gözlərimlə görməyimə şadam

Azərbaycanın Qarabağ regionu əhəmiyyətli potensiala malikdir.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə xarici diplomatik korpusun səfəri çərçivəsində regiona səfər edən Çilinin Bakıdakı müvəqqəti işlər vəkili Xuan Karlos Salasar Alvares jurnalistlərə bildirib.

"Bu, mənim Qarabağa ilk səfərimdir. Azərbaycanın gələcəyə necə baxdığını və uzun müddət münaqişə vəziyyətində olmuş, indi isə dinc şəraitdə yaşayan bu regionu necə bərpa etdiyini görmək imkanım olduğu üçün çox şadam. Azərbaycan hökumətinin məhz nələr etməyi planlaşdırdığını görmək çox maraqlıdır", - diplomat qeyd edib.

Onun sözlərinə görə, region inkişaf üçün əhəmiyyətli potensiala malikdir:

"Mən çox istəyirəm ki, bu region ölkə üçün perspektivli inkişaf ərazisinə çevrilsin".

Избранный
29
50
far.az

10Источники