RU

Ev şəraitində asan lahmacun resepti: Xəmiri xırt xırt olur

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çöldə yediyiniz lahmacunun incə xəmiri və bol içliyi evdə hazırlamağın çətin olduğunu düşünürsünüzsə, fikrinizi dəyişə bilərsiniz. Düzgün ölçülər, bir neçə praktik üsul və tavada bişirmə metodu ilə mətbəxinizdə restoran dadına yaxın lahmacun hazırlamaq mümkündür.Demokrat.az xəbər verir ki, ev şəraitində lahmacun hazırlamağın digər üstünlüyü isə inqrediyentləri öz zövqünüzə uyğun tənzimləyə bilməyinizdir. Acılığını artıra, cəfərini bol istifadə edə, daha güclü pomidor dadı üçün içliyə əlavə rəndələnmiş pomidor qata bilərsiniz. Yağ miqdarını özünüz müəyyən etdiyiniz üçün daha yüngül nəticə də əldə etmək mümkündür.İnqrediyentlərXəmiri üçün:* 3 stəkan un

* 1 stəkan su (otaq temperaturunda)

* 1 çay qaşığı duz

* yarım çay qaşığı şəkərİçlik üçün:* 350 q orta yağlı dana qiyməsi

* 2 ədəd orta boy soğan (çox xırda doğranmış)

* 2 ədəd pomidor (rəndələnmiş)

* 2-3 ədəd yaşıl bibər (incə doğranmış)

* 1 xörək qaşığı pomidor pastası

* 1 xörək qaşığı bibər pastası

* yarım dəstə cəfəri (xırda doğranmış)

* yarım çay stəkanı duru yağ

* duz, pul bibər, isot, qara istiotİnqrediyent seçimi zamanı xüsusilə qiymənin orta yağlı olması tövsiyə edilir. Aşpazlar bildirir ki, tam yağsız qiymə içliyi quru edə bilər. Az miqdarda yağ isə dadı və konsistensiyanı yaxşılaşdırır.Əvvəlcə unu geniş yoğurma qabına tökün. Ortasını açaraq suyu, duzu və şəkəri əlavə edin. Tədricən qarışdıraraq yoğurmağa başlayın. Sərt, lakin ələ yapışmayan hamar xəmir əldə edənə qədər yoğurun.Xəmir hazır olduqdan sonra üzərini təmiz parça ilə örtərək 15-20 dəqiqə dincə qoyun. Bu qısa müddət xəmirin daha asan açılmasına və mayasız olsa da elastik quruluş qazanmasına kömək edir.Sonra soğanları çox xırda doğrayın. Əgər blenderdən istifadə edirsinizsə, artıq suyunu mütləq sıxın. Əks halda içlik sulu olar və bişirmə zamanı xəmiri yumşalda bilər.Pomidorları rəndələyin, bibərləri incə doğrayın. Bütün inqrediyentləri qiymə, pastalar, yağ, ədviyyatlar və cəfəri ilə birlikdə geniş qabda birləşdirin. Daha sonra əlinizlə bir neçə dəqiqə yoğurun. Ustalar bildirir ki, içliyin qaşıqla deyil, əllə yoğrulması daha yaxşı nəticə verir. Bu üsulla inqrediyentlər daha yaxşı qarışır və qiymə ədviyyəni daha yaxşı mənimsəyir.Xırt-xırt lahmacunun hazırlanma sirləri* Xəmiri nazik açın — bu, xırtıldılığın əsas şərtidir.

* Tavanı əvvəlcədən qızdırın — soyuq tavaya qoyulan xəmir bərkiyə bilər.

* İçliyi sulu etməyin — artıq su xəmiri yumşaldır.

* Qapağı örtün — bu halda üst hissə daha tez bişir.

* Hazır lahmacunu gözlətmədən təqdim edin — isti halda ən yaxşı dadı verir.Artıq qalan lahmacunları otaq temperaturuna düşdükdən sonra soyuducuda saxlamaq mümkündür. Növbəti gün tavada qısa müddət qızdıraraq ilkin xırtıldılığa yaxın nəticə əldə edə bilərsiniz. Mikrodalğalı soba praktik görünsə də xəmiri yumşalda bilər. Buna görə tava üsulu daha uğurlu sayılır.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
71
demokrat.az

1Источники