RU

Formula 1 in keçmiş pilotu VƏFAT EDİB FOTO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Sabiq Formula 1 pilotu və Paralimpiya çempionu Aleks Zanardi 59 yaşında vəfat edib.Bizim.Media BBC-yə istinadən xəbər verir ki, o, dünən axşam saatlarlnda dünyasını dəyişib.İtaliyalı idmançının ailəsi onun ailəsi və dostlarının əhatəsində, sakit şəkildə vəfat etdiyini açıqlayıblar.Zanardi 1990-cı illərin əvvəllərində Formula 1 yarışlarında iştirak edib. Daha sonra ABŞ-da keçirilən CART çempionatına keçərək 1997 və 1998-ci illərdə çempion olub. 1999-cu ildə isə yenidən Formula 1-ə qayıdıb.

 

2001-ci ildə Almaniyada baş verən ağır qəza nəticəsində hər iki ayağı amputasiya olunub. Buna baxmayaraq, o, idmana qayıdaraq yarışlara başlayıb. Zanardi 2012-ci ildə London, 2016-cı ildə Rio Paralimpiya Oyunlarında iki dəfə olmaqla ümumilikdə 4 qızıl və iki gümüş medal qazanıb.

Paralimpiya uğurları ilə yanaşı, o, handbike üzrə 12 dəfə dünya çempionu olub və 2011-ci ildə Nyu-York marafonunun para-velosiped yarışının qalibi adını qazanıb.2020-ci ildə İtaliyanın Toskana bölgəsində keçirilən velosiped yarışında yük maşını ilə toqquşması nəticəsində ağır kəllə-beyin travması almış və uzun illər müalicə olunmuşdu.İtaliyanın Baş naziri Georgi Meloni onu “böyük çempion və həyatın hər sınağını cəsarət və ləyaqət dərsinə çevirən qeyri-adi insan” adlandırıb.Günay, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
3
bizim.media

4Источники