Bu mövsüm ''Real''ın heyətində sərgilədiyi performans və vurduğu möhtəşəm qollarla adından söz etdirən Arda Gülər İspaniyada daha bir mükafatın sahibi olub.
"Football-plus.az" xəbər verir ki, türkiyəli ulduz fanatlar arasında aparılan sorğuda aprel ayı üçün Madrid nəhənginin ən yaxşı oyunçusu seçilib! O, səsvermədə Vinisius, Valverde, Rüdiger və Bellingemi qabaqlayıb.
21 yaşlı futbolçunun bu ada layiq görülməsi sözsüz ki, ən çox onun Çempionlar Liqasının 1/4 finalında ''Bavariya'' ilə səfər görüşündə sərgilədiyi oyun sayəsində mümkün olub. Arda həmin qarşılaşmada cərimə meydançası kənarından iki gözəl qol vurmuşdu. Eyni zamanda 34-cü saniyədə fərqlənməklə ''Real''ın ÇL-də vurduğu ən erkən qolun müəllifi olmuşdu. Bundan başqa Gülər apreldə ''Alaves'' ilə qarşılaşmada aktivinə məhsuldar ötürmə yazmışdı. Yəni apreldə o, 5 rəsmi oyunda iştirak edərək 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Ümumilikdə Türkiyə yığmasının üzvü bu mövsüm ''blankos''un heyətində meydana çıxdığı 50 rəsmi oyunda 6 qol, 14 məhsuldar ötürmə ilə 20 qolun vurulmasında yaxından iştirak edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта