RU

"İZ Community": Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir

Azərbaycan və Qazaxıstan arasında təhsil əlaqələri fəal şəkildə inkişaf etməkdə davam edir.

Bu barədə "Report"a "İZ Community"nin təsisçisi və rəhbəri Rəna Nəcəfzadə-Sadəddinova məlumat verib.

Onun sözlərinə görə, Bakıda "IZ Education" layihəsi çərçivəsində keçirilən böyük təhsil sərgisi bunun təsdiqlərindən biri olub:

"Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsi çox fəal şəkildə inkişaf edir və ümid edirik ki, əməkdaşlığımız daha da möhkəm olacaq".

R.Sadəddinova vurğulayıb ki, "İZ Community" Qazaxıstanla bir sıra uğurlu layihələr həyata keçirir və indiki sərgi onlardan ən böyüyü olub:

"Tədbirdə tələbələr üçün öz təhsil proqramlarını və imkanlarını təqdim edən 20-yə yaxın Qazaxıstan universitetinin nümayəndələri iştirak edib. Bundan əlavə, sərgidə ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Dillər Universiteti də daxil olmaqla Azərbaycanın aparıcı ali məktəbləri də təmsil olunub".

Избранный
46
far.az

1Источники