RU

Türkiyənin DÇ öncəsi qarşılaşacağı rəqiblər bəlli oldu

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

24 illik fasilədən sonra dünya çempionatında oynamağa haqq qazanan Türkiyə yığmasının turnir öncəsi hazırlıq planları dəqiqləşib. "Football-plus.az" xəbər verir ki, qardaş ölkənin komandası mundialdan öncə iki yoxlama oyunu keçirəcək. Türkiyə Futbol Federasiyasından verilən məlumatda ''ay-ulduzlular''ın iyunun 1-də İstanbulda Şimali Makedoniya, iyunun 6-da Floridada Venesuela ilə qarşılaşacağı bildirilib. Oyunların stadionları və başlama saatları qarşıdakı günlərdə açıqlanacaq. Xatırladaq ki, DÇ-2026-yə 4-cü ''səbət''dən daxil olan Türkiyə D qrupunda çıxış edəcək. Vinçentso Montellanın komandası iyunun 13-də Avstraliya, iyunun 19-da Paraqvay və iyunun 25-də ABŞ ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
icma.az

2Источники