RU

"Kəpəz" "Sumqayıt"a qarşı - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında növbəti - 30-cu tura start veriləcək.

Bəllidi ki, sona cəmi 4 tur qaldığından əksər komandalar hər matça final kimi yanaşır. Bu gün yalnız ilk "üçlük"lə bağlı əmin danışmaq mümkündü. 4-cü yer və premyer-liqanı tərk etməmək uğrunda amansız mübarizə isə davam edir.

Aşağıda bəhs edəcəyimiz görüşlər "CBC Sport"un efirində canlı yayınlanacaq. Maraq üçün qeyd edək ki, tura mayın 2-də keçiriləcək "Karvan-Yevlax" - "Neftçi" qarşılaşmasıyla yekun vurulacaq. Yeri gəlmişkən, PFL hələ ki iki oyunun hakim təyinatlarını açıqlayıb.

Misli premyer-liqası
3-cü dövrə, 30-cu tur
2 may
Kəpəz – Sumqayıt 0:0

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 16:+5=8-3, 16:11.
2011/12 – 1:1, 4:1; 2012/13 – 0:0, 1:0; 2015/16 – 3:1, 0:0; 2016/17 – 0:0, 1:0; 2017/18 – 0:3, 1:1; 2022/23 – 0:1, 0:1; 2023/24 – 1:1, 1:1; 2024/25 – 0:0; 2025/26 - 3:0.
Cəzalı: Masaki Murata (Sumqayıt).
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR hakimi: Elvin Bayramov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev. 
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax, şəhər stadionu. Saat 16.00.

Ardıcıl üç matçda əsas rəqiblərinə uduzan "Kəpəz" böyük çətinliklə üzləşib. Komanda 11-ci yerdəki "Qəbələ"dən cəmi bir xal öndədi. "Sarı-göylər" xal ehtiyatını bir qədər də artırmağa məcburdu. Rəqib son iki oyunda qazandığı qələbələr sayəsində psixoloji təzyiqdən qurtulan "Sumqayıt"dı. Düzdü, tərəflərin sonuncu görüşü gəncəlilərin böyükhesablı (3:0) qələbəsiylə nəticələnib. Ancaq indi durum daha çox "sarı-göylər"in əleyhinədi. Meydan sahibləri boyundan yuxarı tullanmağa nail olmalıdı ki, azarkeşlərini sevindirə bilsin.

Bu komandalar indiyə qədər 34 dəfə qarşılaşıb. Bunların 15-də "Kəpəz", 8-də “Sumqayıt” qalib gəlib, 11-də "sülh" qeydə alınıb. Topların nisbətində gəncəlilər öndədi – 46:30.

Araz-Naxçıvan – İmişli
"Araz-Naxçıvan"ın bu rəqiblə ev oyununun balansı: 1:+1=0-0, 2:0.
2025/26 - 2:0.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev.
VAR hakimi: Fərid Hacıyev.
VAR hakiminin köməkçisi: Rəhman İmami.
Hakim-inspektor: İmanxan Sultani. 
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı, “SOCAR Polymer Arena”. Saat 18.30.

Andrey Demçenkonun rəhbərliyi altında ciddi uğurlardan uzaq düşən "qırmızı-ağlar" həm də avrokuboklara vəsiqə qazanmaq ehtimalını azaldıb. Turnir cədvəli riyazi cəhətdən şansların yüksək olduğunu desə də, reallıq fərqlidi. Çünki "Araz-Naxçıvan"da həmin inadkarlıq, mübarizə əzmi hiss olunmur. O başqa məsələ ki, premyer-liqada qalmaq uğrunda hədəfə böyük ölçüdə çatan "pələnglər"i məğlub etmək kollektivə böyük inam bəxş edə bilər. Onsuz da "İmişli" hələ bu rəqibi məğlubiyyətə uğrada bilməyib.

Komandalar indiyə qədər 2 dəfə qarşılaşıb. Bunların 1-də "qırmızı-ağlar" qələbə qazanıb, 1-də qalib müəyyənləşməyib. Topların nisbətində naxçıvanlılar öndədi - 4:2.

3 may
Şamaxı – Sabah

“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 12:+5=3-4, 14:9.
2018/19 – 0:1, 3:0; 2019/20 – 1:1; 2020/21 – 1:1, 0:0; 2021/22 – 2:0, 0:1; 2022/23 – 0:1, 2:1; 2024/25 – 3:1, 1:0; 2025/26 - 1:2.
Cəzalılar: Oruc Məmmədov, Rikardo Apolinario (hər ikisi "Şamaxı"), Abdulla Xaybullayev, Aleksey İsayev (hər ikisi "Sabah").
"Futbol+"in proqnozu: 20-30-50.
Şamaxı, şəhər stadionu. Saat 16.00.

Heç şübhəsiz, komandalar hədəfinə çatıb. Odu ki, Şamaxıdakı matçın gərgin, yoxsa cansıxıcı keçəcəyini proqnozlaşdırmaq çətin məsələdi. O bəllidi ki, mövsüm ərzində həm "şirlər", həm də "bayquşlar" baxımlı, əzmkar, döyüşkən oyun tərzi ilə diqqəti çəkib. Hər halda, hər iki tərəf özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. "Şamaxı" turnir cədvəlindəki mövqeyini daha da yaxşılaşdırmaq, "Sabah" məğlubedilməzlik seriyasını qorumaq uğrunda tər tökəcək.

Bu komandalar indiyə qədər 24 dəfə qarşılaşıb. Bunların 8-də “Şamaxı”, 8-də “Sabah” qələbə qazanıb, 8-də qalib müəyyənləşməyib. Topların nisbətində “şirlər” öndədi – 27:26.

Zirə – Qəbələ
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 19:+8=6-5, 23:21.
2015/16 – 1:0, 0:3; 2016/17 – 0:2, 2:2; 2017/18 – 2:1, 1:1; 2018/19 – 1:0, 1:1; 2019/20 – 1:1, 1:2; 2020/21 – 2:0, 0:0; 2021/22 – 1:2, 0:3; 2022/23 – 2:1, 2:2; 2023/24 – 1:0, 4:0; 2025/26 - 1:0.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 50-30-20.
Zirə, İdman Kompleksinin stadionu. Saat 18.30.

4-cü yer uğrunda mübarizədə şanslarını daha da artırmaq istəyən "Zirə" bu dəfə premyer-liqanı tərk etmək təhlükəsi ilə üz-üzə olan "Qəbələ"ni qəbul edəcək. "Qartallar" ölkə kubokunda finala yüksəlməyi bacarıb. Bu üzdən qəsəbə təmsilçisinin şansları yüksəkdi. "Qırmızı-qaralar"a isə qələbə hava-su kimi lazımdı. Qələbə onlara yeni nəfəs, ruh verə bilər.

Bu komandalar indiyə qədər 37 dəfə üz-üzə gəlib. Bunların 10-da “qartallar”, 12-də “qırmızı-qaralar” qələbə qazanıb, 15-də hərəyə bir xal düşüb. Topların nisbətində “Qəbələ” öndədi – 41:36.

4 may
Qarabağ – Turan Tovuz

“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 7:+5=0-2, 15:7.
2022/23 – 3:0, 3:1; 2023/24 – 3:0, 4:3; 2024/25 – 0:1, 1:2; 2025/26 - 1:0.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.30.

Əlbəttə, "Qarabağ" 2-ci pillədəki yerini möhkəmləndirmək üçün döyüşəcək. Ağdamlılar mövqeyini itirmək istəmir ki, "Sabah" ölkə kubokununun qalibi olsa, Avropa Liqasında mübarizə aparsınlar. Bəli, "Turan Tovuz"un da məqsədi bu yöndə ola bilər. Ancaq "bozqurd"un şanslarını yüksək qiymətləndirmək çətindi. Çünki bölgə təmsilçisi 32 illik avrokubok həsrətinə son qoymaq üzrə olsa da, "Qarabağ" kimi sabit nəticələr qazanmaqda çətinlik çəkir. Hər halda, favorit meydan sahibləridi.

Komandalar indiyə qədər 14 dəfə qarşılaşıb. Bunların 10-da “köhlən atlar”, 2-də “bozqurd” qələbə qazanıb, 2-də heç-heçə qeydə alınıb. Topların nisbətində “Qarabağ” öndədi – 31:14.

1. Sabah 29 22 6 1 69-21 72
2. Qarabağ 29 18 5 6 61-22 59
3. Turan Tovuz 29 16 8 5 39-20 56
4. Neftçi 29 12 11 6 48-31 47
5. Zirə 29 11 13 5 38-32 46
6. Araz-Naxçıvan 29 11 7 11 38-53 40
7. Sumqayıt 29 11 5 13 38-40 38
8. Şamaxı 29 8 11 10 27-29 35
9. İmişli 29 6 11 12 21-39 29
10. Kəpəz 29 6 3 20 22-57 21
11. Qəbələ 29 5 5 19 26-45 20
12. Karvan-Yevlax 29 3 5 21 21-59 14

Bombardir: Coy-Lens Mikels (Sabah) – 18.

KƏNAN BAHADIR

Избранный
32
20
football-plus.az

10Источники