RU

Fitso Zelenski ilə fərqli baxışlara malik oduqlarını deyib

BAKI, 2 may. TELEQRAF

Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenski ilə bəzi mövzularda fərqli baxışlara malik oduqlarını bildirib.

Teleqraf xəbər verir ki, Baş nazir sosial şəbəkə hesabında Zelenski ilə telefon danışığı apardığını qeyd edib.

Fico əlavə edib ki, Slovakiya ilə Ukrayna arasında dost və yaxşı münasibətlərin saxlanmasında hər iki tərəf maraqlıdır.

O, həmçinin vurğulayıb ki, Slovakiya Ukraynanın Avropa İttifaqına üzvlük ambisiyalarını dəstəkləyir.

Baş nazir qeyd edib ki, Rusiya ilə hərbi münaqişədə heç bir sülh sazişi Ukrayna tərəfinin razılığı olmadan mümkün deyil.

Fitso və Zelenski mayın 4-də Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi sammiti çərçivəsində qısa görüş keçirmək barədə də razılığa gəliblər.

Избранный
44
12
teleqraf.com

10Источники