
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə birgə foto paylaşıb.
AFN xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.
“Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşada. Arxa planda - hazırda tikintisi davam edən Şuşa Məscidi”, - H.Hacıyev yazıb.