RU

“Levandovski İtaliya çempionatında hələ illərlə qol vura bilər”

İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovski ilə bağlı İtaliyadan maraqlı açıqlama verilib.

90deqiqe.Az xəbər verir ki, keçmiş futbolçu Antonio Di Natale polşalı ulduzun gələcəkdə İtaliya A Seriyasında çıxış edə biləcəyini istisna etməyib.

“Levandovskini növbəti mövsüm İtaliyada görmək istərdim. Mən karyeramı 38 yaşımda bitirdim, onun isə 37 yaşı var və o, əsl qol maşınıdır. A Seriyasında o, daha bir neçə il qol vura bilərdi, hətta siqaretlə belə”, – deyə Di Natale “Gazzetta dello Sport”a açıqlamasında bildirib.

Məlumata görə, "Milan" və "Yuventus" uzun müddətdir polşalı hücumçunu izləyir və artıq onun agenti ilə ilkin danışıqlara başlayıblar.

Qeyd edək ki, futbolçunun hazırkı müqaviləsi 30 iyunda başa çatır.

 Cari mövsümdə Levandovski 41 oyunda 17 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
39
90deqiqe.az

1Источники