ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmaq qərarı gözlənilən idi.
Azreform.info xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin Almaniyadan 5000 əsgəri geri çəkmək planlarını şərh edəkən deyib.
"ABŞ-ın öz qoşunlarını Avropadan, xüsusən də Almaniyadan çıxaracağı gözlənilən idi", - Pistorius bildirib.
Alman nazir əlavə edib ki, Avropanın özü qitənin təhlükəsizliyi üçün daha böyük məsuliyyət daşımalı və Amerika hərbi mövcudluğundan asılılığını azaltmalıdır.
Almaniyalı nazir Avropa ölkələrini öz müdafiə qabiliyyətlərini gücləndirməyə çağırıb.
Almaniyanın artıq düzgün istiqamətdə irəlilədiyini vurğulayan nazir Pistorius əlavə edib ki, Bundesver silahlı qüvvələrinin sayını artırmaq, silah tədarükünü sürətləndirmək və hərbi infrastrukturu inkişaf etdirməkdir.
O həmçinin qeyd edib ki, gələcək Avropa müdafiə missiyaları əsas tərəfdaşlar Böyük Britaniya, Fransa, İtaliya və Polşa ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək. “Bu ölkələr Avropanın müdafiəsinin "Böyük Beşliyi"dir”.
Qeyd edək ki, Amerika lideri Tramp bu günlərdə Almaniya kansleri Fridrix Merzin İranla müharibəni tənqid etməsinə görə onu kəskin tənqid edərək, onu heç bir təsirə malik olmayan şəxs adlandırıb. Daha sonra isə Pentaqon Almaniyada yerləşdirilən 36.400 əsgərdən 5000-ni ixtisar edəcəyini və AB-dən gələn minik və yük maşınlarına tarifləri artıracağını açıqladı. Bu addımın ən çox Almaniyaya zərbə vuracağı bildirlir.
Mürtəza
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта