RU

İsrail mətbuatı: “Türkiyənin silah imperiyası güclənir”

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail mediası Türkiyənin müdafiə sənayesində həyata keçirdiyi yeni nəsil silah və sursat texnologiyaları ilə bağlı geniş analiz yayımlayıb.

Sherg.az xəbər verir ki, Tel-Əviv mərkəzli "Maariv" nəşri “Yeni nəsil istehsal olunan ağıllı bombalar: Türkiyənin silah imperiyası güclənir” başlıqlı məqaləsində Türkiyənin son dövrdəki müdafiə sənayesi inkişafını diqqətlə izlədiyini bildirib.

Məqalədə Türkiyənin müdafiə sənayesində əsas rol oynayan ASELSAN şirkətinin ənənəvi bombaları lazerlə idarə olunan dəqiq silahlara çevirdiyi qeyd olunub.

Bildirilir ki, bu sistemlər F-16 qırıcıları və Bayraktar Akıncı vasitəsilə sınaqdan keçirilib və yüksək dəqiqliklə hədəfləri vurma qabiliyyəti nümayiş etdirib.

Analizdə qeyd olunur ki, yayılan görüntülərdə həm quru, həm də dəniz hədəflərinə qarşı yüksək dəqiqlikli zərbələr müşahidə edilib.

"Maariv" yazır ki, Türkiyənin müdafiə strategiyası yalnız texnoloji inkişafla məhdudlaşmır. Məqalədə vurğulanır:

“Ankaranın hədəfi aydındır - Qərb silahlarına asılılığı azaltmaq və eyni zamanda regional və qlobal səviyyədə mühüm silah ixracatçısına çevrilmək.”

Məqalədə Türkiyənin inkişaf etdirdiyi Lazer Güdüm Kiti (LGK) sisteminə də geniş yer ayrılıb. Bu texnologiya adi bombaları yüksək dəqiqlikli “ağıllı silahlara” çevirir.

Sistem sayəsində MK-82 və MK-84 tipli bombalar hərəkətdə olan hədəfləri belə yüksək dəqiqliklə vura bilir. Eyni zamanda, LGK mühərriklərə əlavə məsafə qazandıraraq platformaların təhlükəsiz məsafədən əməliyyat aparmasına imkan yaradır.

LGK sisteminin F-16 təyyarələri ilə yanaşı, Akıncı və digər insansız hava vasitələrində də istifadə edildiyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
sherg.az

1Источники