RU

Trampdan Kuba açılması: Əvvəlcə İran, Kuba yolüstü həll olunacaq məsələdir

İran məsələsini həll edək, Kubanı ələ keçirmək elə də çətin deyil, onu yolüstü geri dönərkən həll edəcəyik.

Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti DonaldTramp Floridada Palm Biç Forum Klubunun üzvləri qarşısında çıxışı zamanı deyib.

Trampın sözlərinə görə, Kubada  nəzarəti  dərhal ələ ala bilərik.  "Kuba böyük çətinliklərlə üzləşir, amma ABŞ əvvəlcə İrandakı işlərini bitirməlidir. İrandan qayıdarkən dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan USS Abraham Linkoln kimi böyük təyyarədaşıyan gəmilərimizdən biri sahilə təxminən 90 metr yaxınlaşacaq və  məsələ həllini tapacaq. Onlar deyəcəklər: "Çox sağ olun, təslim oluruq"", -  Tramp deyib.

ABŞ administrasiyası ilin əvvəlindən Kubaya təzyiqi artırıb. Yanvar ayında Donald Tramp adaya neft tədarük edən ölkələrdən gələn mallara tarif tətbiq edən sərəncam imzalayıb. O vaxtdan Kuba enerji böhranı yaşamaqdadır.  Bir neçə aydır ki, ölkə daxilində gündəlik elektrik kəsintiləri baş verir. Aprelin 30-da isə Donald Tramp Kuba rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq edib.

Mürtəza

Избранный
27
2
olke.az

3Источники