RU

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb

Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 312,9 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 1,1 % çox, ötən il aprelin 1-nə nisbətən isə 8,9 % çoxdur.

Kredit qoyuluşunun 22 milyard 317,5 milyon manatı və yaxud 69,1 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 8,3 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 972,8 milyon manat təşkil edib. Bu, illik müqayisədə 9,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,5 %-dən 24,6 %-ə çatıb.

Aprelin 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 022,6 milyon manat olub. Bu, illik müqayisədə 12,2 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 6,1 %-dən 6,3 %-ə qalxıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 53-dür.

"Cebheinfo.az"

Избранный
22
3
cebheinfo.az

4Источники