Idman.biz saytına istinadən ain.az xəbər verir.
Azərbaycan millisinin üzvü Nurlan Qurbanov Türkiyə mediasına açıqlama verib.
İdman.Biz xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının üzvü və çövkən üzrə idmançı olan Qurbanov komandanın hazırlıq prosesindən danışıb.
O bildirib ki, hazırda çövkən üzrə dünya çempionatına intensiv hazırlıq gedir:
“Hazırda dünya çempionatına hazırlaşırıq. Məşqlərimiz davam edir, fasilə vermirik, dayanmırıq”.
Nurlan Qurbanov çövkənin Azərbaycanın ənənəvi və qədim oyunlarından biri olduğunu da vurğulayıb.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.