RU

KVN ulduzu faciəvi şəkildə həlak oldu

"Utomlennıe solnsem" komandasındakı çıxışları ilə tanınan KVN ulduzu Yelena Rıbalko Adlerdə faciəvi şəkildə həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Paylaşımda qeyd olunur ki, faciə 53 yaşlı aktrisanın magistral yolu müəyyən olunmamış yerdən keçərkən baş verib.

Kanalın məlumatına görə, "Toyota" markalı avtomobil qadını yüksək sürətlə vurub. Nəticədə, Rıbalko aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Aktrisa 2000-ci illərdə KVN-in Yüksək Liqasında "Utomlennıe solnsem" komandasının heyətində çıxış edib. Komanda 2003-cü ildə çempionluq titulunu qazandıqdan sonra onun fəaliyyəti zəifləyib.

Daha sonra Rıbalko yalnız yubiley oyunlarında iştirak edib.

Bizim.Media

Избранный
49
bizim.media

1Источники