RU

Mehbalıyevlərin Dubaydakı milyonluq mülkləri üzə çıxdı

Mehbalıyevlərin Dubaydakı milyonluq mülkləri üzə çıxdı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin oğlu İsfəndiyar Mehbalıyev Dubaya köçüb.

AFN.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkədə hesabında məlumat paylaşıb.

Cavanşir Həsənli qeyd edib ki, keçmiş polis rəisi və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini olmuş İ. Mehbalıyev Dubayda dəyəri milyonlarla dollar olan elit daşınmaz əmlaklara sahibdi. Belə ki, İsfəndiyar Mehbalıyev “Dubai Marina” (Marsa Dubai) kompleksində hər biri 80.49 kvadratmetr olan iki lüks mənzil alıb.

Onun sözlərinə görə, əmlak nömrələri 156986391 və 156989399 olan 1101 və 1401 saylı bu mənzillərin hər birinin bazar dəyəri 320 min ilə 520 min dollar arasında dəyişir.

Həsənli bildirib ki, bu, İsfəndiyar Mehbalıyevin BƏƏ-dəki yeganə mülkiyyəti deyil: “İsfəndiyar Mehbalıyevin adı “Madinat Jumeirah Living” (MJL) kompleksində də mülk sahibləri siyahısındadır. Bu zonada mənzillərin qiyməti otaq sayından asılı olaraq 815 min dollardan başlayaraq 2 milyon dollara qədər yüksəlir”.

Araşdırmaçı jurnalistin paylaşdığı məlumata görə, İ. Mehbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun kürəkəni idi və iddialara görə ötən il boşanıb. C. Həsənli vurğulayıb ki, Əli Həsənovun qızı Safiyə Mehbalıyeva da hazırda Dubayda yaşayır və orada bahalı brend saatların, qızıl-zinət əşyalarının və aksessuarların satışı ilə məşğuldur.

Избранный
33
4
afn.az

5Источники