RU

ABŞ-yə gözlənilməz ZƏRBƏ: Çin İran neftinə görə HƏRƏKƏTƏ KEÇDİ

Çin ABŞ-nin İran nefti aldığı iddia edilən 5 neft emalı zavoduna (NEZ) tətbiq etdiyi sanksiyaların icrasına qadağa qoyub.

Musavat.com xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi məlumat yayıb.

Söhbət konkret olaraq "Hengli Petrochemical", "Shandong Jincheng Petrochemical Group", "Hebei Xinhai Chemical Group", "Shuoguang Luqing Petrochemical" və "Shandong Shengxing Chemical" şirkətlərindən gedir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Maliyyə Nazirliyi bu müəssisələri İrandan xammal tədarük etməkdə ittiham edərək onlara qarşı məhdudlaşdırıcı tədbirlər görüb.

Rəsmi Pekin bəyan edib ki, ABŞ-nin bu addımları beynəlxalq hüququ və beynəlxalq münasibətlərin fundamental normalarını kobud şəkildə pozur. Çin tərəfi öz milli şirkətlərinin qanuni maraqlarını sonadək müdafiə edəcəyini vurğulayıb.

Musavat.com

Избранный
4
2
musavat.com

2Источники