Nobel Sülh Mükafatının iranlı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə onun yaxın ətrafı məlumat veriblər.
Nərgiz Məhəmmədinin fondunun açıqlamasına görə, vəziyyətinin sürətlə pisləşməsi, iki dəfə huşunu itirməsi və ağır infarkt səbəbindən, o, təcili olaraq Zəncandakı xəstəxanaya köçürülüb. Birinci dəfə ürəyi getdikdən sonra, o, Zəncan xəstəxanasına yerləşdirilməkdən imtina edib. Baxmayaraq ki, daha əvvəllər mürəkkəb cərrahi tarixçəsinə görə ona müalicə üçün Tehranda müəyyən həkimlərə müraciət etmək tövsiyə olunmuşdu. Lakin vəziyyəti pisləşdikdən sonra həbsxana həkimi Nərgiz Məhəmmədinin təcili olaraq xəstəxanaya yerləşdirilməsini əmr edib.
Nəşr qeyd edir ki, hüquq müdafiəçisi təcili terapiya şöbəsinə yerləşdirilib, lakin onun qan təzyiqi kəskin şəkildə dəyişməyə davam edir.
Nərgiz Məhəmmədinin ailəsi iddia edir ki, qərar son anda verilib və artıq çox gec ola bilər. Onların sözlərinə görə, hakimiyyət orqanları onun sağlamlıq durumu kəskinləşənə qədər tibbi məsləhətlərə məhəl qoymayıblar.
Qeyd edək ki, Nərgiz Məhəmmədi ötən il dekabrın 12-də Məşhəd şəhərində vəkil Xosrov Alikurdinin xatirəsinə həsr edilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib.
Xatırladaq ki, hüquq müdafiəçisi İranda görüşlər təşkil etmək, gizli sövdələşmə və təbliğat aparmaqda ittiham olunduğu üçün azadlıqdan məhrum edilmişdi./Oxu.az
Telegram kanalımız