RU

Məşhur aviaşirkət fəaliyyətiniDAYANDIRDI

ABŞ-nin ən böyük aşağıbüdcəli aviaşirkətlərindən biri olan "Spirit Airlines" fəaliyyətini dayandırdığını açıqlayıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin yaydığı bəyanata görə, son dövrlərdə neft qiymətlərinin kəskin artması və biznesə təzyiq göstərən digər amillər Spirit-in maliyyə perspektivlərinə ciddi təsir edib.

Qeyd olunub ki, bütün səylərə baxmayaraq, yaranmış iqtisadi çətinliklər şirkətin fəaliyyətini davam etdirməsinə imkan verməyib.

Məlumata görə, "Spirit Airlines" son illərdə ciddi maliyyə problemləri ilə üzləşib və 2024-2025-ci illərdə iki dəfə müflisliklə bağlı müraciət edib.

Şirkət bu ilin mart ayında ABŞ Prezidenti Administrasiyası ilə maliyyə dəstəyi üçün danışıqlar aparsa da, proses nəticəsiz qalıb.

Qeyd edək ki, "Spirit Airlines" ABŞ ərazisi, Karib hövzəsi və Latın Amerikası istiqamətlərində müntəzəm reyslər həyata keçirirdi. Şirkətdə 15 mindən çox əməkdaş çalışırdı.

Избранный
32
redaktor.az

1Источники