RU

Yeməkdən sonra çay içmək niyə təhlükəlidir?

"İsti çay yeməkdən sonra anemiyası olan insanlar üçün təhlükəlidir".

Azreform.info xəbər verir ki, çünki çayın tərkibində olan taninlər qidada olan zülal və dəmirlə birləşərək onların orqanizm tərəfindən mənimsənilməsinin qarşısını alır. Bunun qarşısını almaq üçün mütəxəssislər çayı yeməkdən ən azı 30 dəqiqə sonra içməyi tövsiyə ediblər.

Bundan əlavə, həkimlər çayı acqarına içməməyi məsləhət görürlər. Çünki bu, mədə şirəsinin ifrazını azaldır. Həmçinin çox isti içkilərdən uzaq durmaq lazımdır, çünki onlar boğazı, qida borusunu və mədəni yandıra bilər.

Mütəxəssislər həmçinin çox tünd və ya əvvəlki gündən qalan çayı içməməyi, çayı dəfələrlə dəmləməməyi və dərmanları çayla qəbul etməməyi tövsiyə ediblər. Həkimlər əlavə ediblər ki, çayı yalnız yeməkdən sonra deyil, eyni zamanda yeməkdən dərhal əvvəl də içməkdən çəkinmək vacibdir.

Həmidə İbrahimova

Избранный
13
2
azreform.info

3Источники