RU

Dialoqdan imtina deyil, diktəyə etiraz: Bakının siyasi manifesti

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Milli Məclisin Avropa Parlamenti ilə bütün əməkdaşlıq əlaqələrini dayandırmaq qərarı adi diplomatik addım deyil. Bu, açıq siyasi siqnaldır – həm Brüsselə, həm də daha geniş mənada Qərbə ünvanlanan sərt xəbərdarlıqdır. Bakı göstərir ki, artıq birtərəfli yanaşmalara və selektiv “dəyərlər siyasətinə” dözmək niyyətində deyil”.Bunu Ölkə.az-a açaılqamasında Milli Məclisin  deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.“Dialoqdan imtina, yoxsa diktəyə cavab?”Deputatın sözlərinə görə, uzun illərdir ki, Azərbaycan Avropa strukturları ilə əməkdaşlığı qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq üzərində qurmağa çalışıb. “Lakin Avronest Parlament Assambleyası və digər platformaların zamanla siyasi təzyiq alətinə çevrildiyi barədə Bakının narazılığı yeni deyil.Bu qərar əslində bir sualı ortaya  qoyur: Bakı dialoqdan qaçır, yoxsa diktə edilən dialoqu rədd edir?”, - o vurğualyıb.“44 günlük reallıq və Brüsselin dəyişməyən ritorikası”

Deputat əlavə edib ki, İkinci Qarabağ müharibəsi regionda yeni status-kvo yaradıb: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bundan sonra sülh gündəliyi irəli sürdü.

Amma Brüsseldə ritorika dəyişmədi. Əksinə, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamələrin sayı artdı, ittihamların tonu sərtləşdi. Bakı isə bunu artıq tənqid yox, siyasi kampaniya kimi qiymətləndirir.“Enerji təhlükəsizliyi: Avropa riskə gedirmi?”Bu qarşıdurmanın ən həssas nöqtəsi enerji məsələsidir. Avropa İttifaqı bu gün alternativ enerji mənbələri axtarışındadır və Azərbaycan bu xəritədə açar oyunçulardan biridir. Belə olan halda sual açıq qalır:Brüssel siyasi ritorika naminə strateji enerji tərəfdaşını riskə atırmı?Bu gün Cənub Qaz Dəhlizi Avropanın enerji şaxələndirilməsinin əsas sütunlarından biridir; Bakı isə göstərir ki, o, təkcə resurs sahibi deyil, həm də geosiyasi aktordur;  siyasi gərginlik uzunmüddətli enerji əməkdaşlığına kölgə sala bilər”. “Cənubi Qafqazda yeni oyun: Brüssel kənarda qalır?”Deputatın fikrincə, Azərbaycan artıq açıq mesaj verir ki, regionun gələcəyi kənardan diktə  əsasında formalaşmayacaq və bu qeyri-mümkündür:“Bu qərar bir neçə yeni tendensiyanı gücləndirə bilər. Bakı–İrəvan xəttində birbaşa danışıqların artması; regionda vasitəçilərin rolunun azalmasına; Azərbaycanın Orta Dəhliz və Şərq–Qərb bağlantısında rolunun daha da artmasına gətirib çıxaracaq. Başqa sözlə, Bakı oyunu dəyişir və qaydaları da özü müəyyən edir. Hər hansı kənar qüvvə yox.“Körpülər yanır, yoxsa yenidən qurulur?”Bu qərarı yalnız “əlaqələrin kəsilməsi” kimi oxumaq səthi yanaşma olardı. Əslində bu, münasibətlərin yenidən formatlaşdırılması cəhdidir. Bununla da  Azərbaycan mesaj verir ki, əməkdaşlıq mümkündür, amma bərabər şərtlərlə; dialoq mümkündür, amma təzyiqsiz; tərəfdaşlıq mümkündür, amma qarşılıqlı hörmət əsasında mümkündür. Əks halda, Bakı alternativlərə malik olduğunu nümayiş etdirir.“Kim uduzur?”Bu qarşıdurmada uduzan tərəfin kim olacağı hələ tam aydın deyil. Amma bir reallıq artıq görünür. Avropa Cənubi Qafqazda təsir imkanlarını zəiflədə bilər;  Azərbaycan isə daha müstəqil və çoxşaxəli siyasət kursunu gücləndirir;  Şərqlə Qərb arasında körpü rolunda olan Bakının zəifləməsi isə əslində Avropanın öz maraqlarına ziddir. “Bu, son deyil, yeni mərhələnin başlanğıcıdır”Milli Məclisin qərarı qapıların tam bağlanması deyil. Bu, qaydaların dəyişdiyini elan edən siyasi manifestdir.Əgər Brüssel bu siqnalı düzgün oxumasa, təkcə Azərbaycanla deyil, bütövlükdə regionla bağlı strateji səhv edə bilər.Çünki bu gün Bakı artıq sadəcə tərəfdaş deyil, oyunun gedişinə təsir edən əsas mərkəzlərdən biridir”.Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
2
olke.az

3Источники