RU

"Bloomberg": İran ABŞ-nin blokadası səbəbindən neft hasilatını azaltmağa başlayıb

BAKI, 2 may. TELEQRAF

İran ABŞ-nin dəniz blokadası fonunda neft anbarlarının daşmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" saytı məlumat yayıb.

Qeyd olunur ki, iranlı mühəndislər neft quyularını ciddi ziyan vurmadan dayandırmaq və sonra hasilatı dərhal bərpa etmək üçün lazımi addımlar atırlar.

Qeyd edək ki, ABŞ ordusu 13 apreldə İrana qarşı dəniz blokadası tətbiq edərək, limanlara gedən və ya sahillərindən çıxmağa çalışan bütün gəmilərin hərəkətinə qadağa qoyublar. ABŞ Prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı dəniz blokadası davam edərsə, ölkənin neft boru kəmərləri tezliklə partlaya bilər.

Избранный
49
9
teleqraf.com

10Источники