RU

Teatrdan küsüb getməyinin səbəbini açıqladı

Müğənni Vüqar Muradov teatrdan uzaqlaşmasının səbəbini açıqlayıb. 

"Cebheinfo.az"  xəbər verir ki, "Günə uğurla" verilişində sualları cavablandıran ifaçı tetarda xor kollektivində çalışdığını, oradan inciyərək getdiyini bildirib:

"Bir çox tamaşada rol almışam. Xor artisti vəzifəsində çalışmışam. İndi geri qayıtmaram. Sonra uzaqlaşdım. Keçmiş direktor Əliqismət Lalayev məni dəvət etdi, teatra. Onda Avstriyada yaşayırdım. Dedi ki, gəlib aktyor kimi çalış. Cavab verdim ki, yox, məni küsdürdülər. Teatr elə bir yerdir ki, insanın yaşadığı evdən doğma olur. İndi maaşlar da yüksəlib, daha da yaxşı olar. Teatr bir dövlətin mədəniyyətinin sütunudur. Bariton olduğum üçün mənə Mozart Teatrından da təklif gəlmişdi. Sonra alınmadı". (Axşam.az)

"Cebheinfo.az"

Избранный
10
2
cebheinfo.az

3Источники